Amerika və Rusiya Azərbaycanı seçdi, İrəvan üçün bədbin GƏLƏCƏK
Bizi izləyin

Nida Xəbər

Amerika və Rusiya Azərbaycanı seçdi, İrəvan üçün bədbin GƏLƏCƏK

ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri, general Cozef Danfordla Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Suriya, Ukrayna, həmçinin, iki ölkə arasındakı gərgin münasibətləri müzakirə etmək üçün məhz Bakını seçmələri Azərbaycanın regionda və dünyadakı nüfuzunun təsdiqi idi.
Картинки по запросу Arzu Nağıyev
Publika.az-a açıqlamasında siyasi ekspert Arzu Nağıyev bu cür mühüm görüşün keçirilməsi üçün Bakının seçilməsinin ilk növbədə Azərbaycanın təhlükəsizliyi ilə bağlı olduğunu deyib.

Ekspert əlavə edib ki, burada Azərbaycanın ABŞ və Rusiyadakı nüfuzu da mühüm rol oynayır: “Azərbaycan ABŞ və Rusiya arasında balanslı siyasət aparır. Prezidenti İlham Əliyev həm amerikalı, həm də rusiyalı həmkarı ilə yüksək əlaqələrə malikdir. Azərbaycan NATO sisteminin bir sıra sülhməramlı qüvvələrinin tədbirlərində yaxından iştirak etməklə yanaşı, MDB məkanında da Rusiya ilə bir sıra hərbi anlaşmalara malikdir. Həm təhlükəsizlik, həm Azərbaycan liderinin nüfuzu, həm də ölkələr arasında normal münasibətlərin olması bu görüşün ölkəmizdə keçirilməsinə təkan verən amillərdir”.
Картинки по запросу Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu da hesab edir ki, ABŞ-ın və Rusiyanın baş qərargah rəislərinin görüş yeri kimi Bakını seçmələri Moskvanın ilə Vaşinqtonun Azərbaycana verdikləri dəyəri göstərir: “Böyük ehtimalla generallar görüş üçün Bakını ona görə seçiblər ki, dünyəvi müsəlman ölkəsi olan Azərbaycan Suriyaya yaxın məsafədə yerləşir. Rusiya və ABŞ-ın baş qərargah rəisləri isə görüşlərində ilk növbədə Suriyadakı vəziyyəti müzakirə etməyi planlaşdırırdılar. İran və İraq da Suriyaya qonşu dövlətlərdir, ancaq generallar bu iki ölkədə görüşə bilməzdilər. Görüş yeri kimi Ankara da seçilə bilərdi, ancaq bu halda amerikalı general Türkiyə-Rusiya hərbi ittifaqı ilə üz-üzə qalacaqdı. Azərbaycan isə Suriya mövzusunda neytral ölkədir. Ona görə də sonda Bakıda görüşməyə qərar verdilər”.

Onun fikrincə, bir-biri ilə rəqabətdə olan iki böyük dövlətin Bakıda görüş keçirməsi Azərbaycan üçün iki baxımdan vacib idi.

“Birincisi, bu həm Rusiya, həm də ABŞ-ın rəsmi Bakının balanslaşdırılmış xarici siyasəti ilə hesablaşmalarının əlamətidir. İkincisi, amerikalı və rusiyalı generalın Bakıdakı görüşü Azərbaycan ordusunun Dağlıq Qarabağ ətrafında həyata keçirdiyi əməliyyatlara qarşı etirazın olmadığını göstərir. Halbuki, Ermənistan hakimiyyəti daima Rusiya və ABŞ-a müraciət edir ki, Moskva və Vaşinqton “atəşkəsi pozduğuna” görə rəsmi Bakıya etirazlarını bildirsin. Ümumiyyətlə, atəşkəsin müddəti təxminən iki il bundan əvvəl bitib. Bu müddətdə lokal döyüşlərin sayı artıb, Ermənistan ordusunun Dağlıq Qarabağdan kənara çıxan helikopteri də vurulur, hərbi texnikası və canlı qüvvəsi də hədəfdədir. Bu rəsmi Bakının iki ildir həyata keçirdiyi hərbi taktikadır. Ermənistan ordusu itkilərinin sayının artmasını istəmirsə, Dağlıq Qarabağ ətrafındakı postlarını tərk edib Xankəndi ətrafına çəkilməlidir. Ancaq bunun baş verməsi Dağlıq Qarabağ ətrafındakı bölgələrə nəzarətin itirilməsi deməkdir ki, bu hal Azərbaycan ordusuna bu ərazilərə daxil olmaq üçün münbit şərait yaradacaq. Ona görə də Ermənistan hakimiyyəti itkilərin artması hesabına olsa belə Dağlıq Qarabağın ətrafındakı hərbi istehkamlarını tərk etməyi planlaşdırmır. Bu isə o deməkdir ki, hərbi qarşıdurma davam edəcək, itkilər də artacaq. Ermənistan hakimiyyəti bir tərəfdən “sülh” və atəşkəsə riayət olunmasını istəyərkən, digər tərəfdən gərginliyi artıracaq təxribatlara yol verir”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm