Ermənilərin təhqir etdiyi cəsədlərlə bağlı Beynəlxalq Məhkəməyə müraciət oluna bilər
Bizi izləyin

Nida Xəbər

Ermənilərin təhqir etdiyi cəsədlərlə bağlı Beynəlxalq Məhkəməyə müraciət oluna bilər

“Hər dəfə erməni təxribatı ilə üzləşəndə, alçaq və qeyri-insani hərəkətlərini müşahidə edirik”.

“Hər dəfə erməni təxribatı ilə üzləşəndə, qondarma “Ermənistan dövləti” hərbiçilərinin nə qədər alçaq və qeyri-insani hərəkətlərini müşahidə edirik”.

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputatı Məlahət Həsənova ermənilərin ötən gün döyüş meydanından meyitlərin çıxarılması barədə beynəlxalq vasitəçilərin iştirakı ilə əldə olunmuş razılığın şərtlərini kobud şəkildə pozmasına münasibət bildirərkən deyib.

M.Həsənova dünyanın heç bir yerində ermənilər qədər vəhşi millətin olmadığını bildirib:

“Müharibədə insan itkiləri ola bilər. Ancaq döyüş meydanında qalmış cəsədlərlə alver etmək və təxribat yaratmaq ən böyük şərəfsizlikdir. Ermənilər döyüşdə şəhid olan cəsədlərlə alver etməklə tarixdə “ilkə” imza atıblar. Heç bir vəhşi canlı cəsədə hörmətsizlik etmir, ancaq ermənilər bunu edir”.

YAP-çı deputat qeyd edib ki, Azərbaycan hərbiçilərin cəsədlərinin alınması zamanı hər dəfə ermənilərin təxribatı ilə üzləşir:

“Tarixdə sübut edib ki, erməni terrorçuları dünyanın ən zalım cinayətkarlarıdır. Onlar nəinki insan ölümündən, hətta rəhmətə getmiş insanın cəsədindən belə həzz alır. Ona görə də dünya ictimaiyyəti ermənilər kimi vəhşi millətlə qonşu yaşamağın nə qədər çətin olduğunu dərk etməlidir”.

M.Həsənova beynəlxalq təşkilatlara da müraciət edib:

“Elə bir beynəlxalq konvensiya yoxdur ki, Ermənistan onun tələblərini pozmasın. Hesab edirəm ki, Azərbaycan dövləti cəsədlərin təhqir olunması ilə bağlı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə və digər beynəlxalq təşkilatlara müraciət etməlidir. Çünki cəsədlərin ermənilər tərəfindən təhqir olunması və ya saxlanılması beynəlxalq qanunların tələblərinin kobud şəkildə pozulması deməkdir”.

Xatırladaq ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12.00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılırdı.

Lakin meyitlərin çıxarılması proseduru başlayanda Ermənistan beynəlxalq vasitəçilərin iştirakı ilə əvvəlcədən əldə edilmiş razılığın şərtlərini pozaraq əməliyyatın keçirilməsinə mane olmaq məqsədilə bilərəkdən qəbuledilməz yeni tələblər irəli sürüb.

Eyni zamanda, cəbhənin digər istiqamətlərində düşmən tərəfi mövqelərimizi müxtəlif çaplı silahlardan, artilleriya qurğularından atəşə tutub və bir neçə istiqamətdə planlı surətdə diversiya həyata keçirməyə cəhd göstərib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm