Nida Xəbər
Ermənilərin informasiya təxribatları: Aldanmayın, paylaşmayın!
Cəbhədəki məğlubiyyətlərini həzm edə bilməyən düşmən
tərəfi indi də sosial şəbəkələr vasitəsilə Azərbaycana hücuma
keçməyə başlayıb. Ermənilər sosial şəbəkələrin (Facebook, Twitter,
Odnoklassniki və VKontakte) Azərbaycan seqmentində ictimai rəyi
çaşdırmağa yönələn təxribat xarakterli videogörüntülər və
informasiyalar yaymaqla ölkəmizlə bağlı mənfi imic yaratmağa
çalışırlar. Onlar bu məqsədlə guya erməni əsgərin başının
Azərbaycan hərbçiləri tərəfindən “kəsilməsini” əks etdirən kadrlar
hazırlayıblar.
Virus-video o qədər “peşəkarlıqla” hazırlanıb ki, sosial şəbəkə
istifadəçiləri bu görüntüləri analiz etmədən öz profillərində
paylaşırlar. Görüntülərin real kadra bənzəməsi üçün Azərbaycan
dilindən də istifadə edilib. Halbuki, həmin görüntüləri dəqiqliklə
izlədikdə saxtalığı məlum olur. Reallıq budur ki, hazırda geniş
müzakirələrə səbəb olan “baş kəsmə” videosu ermənilər tərəfindən
sosial mediaya buraxılıb, daha sonra Azərbaycan seqmentində kütləvi
şəkildə paylaşılıb.
Plana uyğun olaraq erməni KİV-ləri həmin görüntüləri
ictimailəşdirib, azərbaycanlıları “vəhşi”, “barbar” kimi göstərmək
məqsədilə əks təbliğata başlayıblar. Onlar müxtəlif dillərdə
hazırladıqları materialları yaymaqla dünyanı öz yalanlarına
inandırmağa cəhd göstərirlər. Belə ki, qondarma “Dağlıq Qarabağ
respublikasının ombudsmanı” Ruben Melikyan videonu paylaşaraq guya
Azərbaycanda ermənifobianın olması barədə fikir bildirib.
Görünən odur ki, silahlı toqquşmalarda Azərbaycan ordusuna tab
gətirə bilməyən düşmən var gücü ilə informasiya müharibəsinə
köklənib və yayılan videolar bu istiqamətdə aparılan kampaniyanın
tərkib hissəsidir.
Təəssüf ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi
sosial şəbəkə istifadəçiləri mənbəyi bilinməyən, erməni saytlarında
yayılan informasiya və görüntüləri paylaşmaqla düşmənin əlinə şans
verir. Ola bilsin ki, istifadəçilər bunun fərqində deyillər. Amma
reallıq budur ki, onların “fəxrlə” paylaşdıqları əksər görüntülər
özümüzə qarşı işləyir. İnformasiya müharibəsinin cəbhədəki döyüşlər
qədər şiddətli getdiyi vaxtda mümkün qədər belə təxribatlara
uymamaq lazımdır.
Azvision.az
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR