Əli Həsənov: "Serj Sarkisyan rejiminin sonu yaxınlaşır"
Bizi izləyin

Nida Xəbər

Əli Həsənov: "Serj Sarkisyan rejiminin sonu yaxınlaşır"

""Xocalıya ədalət" kampaniyası çərçivəsində ciddi uğurlara nail olunub".

“Ermənistanın işğalçılıq siyasəti artıq dünya tərəfindən tanınmır. Nə himayədarları, nə də beynəlxalq aləm tərəfindən qəbul edilir. Bu da onu göstərir ki, Serj Sarkisyan rejiminin sonu yaxınlaşır”.

Publika.az xəbər verir ki, bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.

Ə.Həsənov onu da vurğulayıb ki, erməni yalanlarının dünyada ifşa olunması istiqamətində Heydər Əliyev Fondu tərəfindən mühüm işlər görülür:

“Heydər Əliyev fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, eləcə də fondun vitse-prezidenti Leyla Əliyeva tərəfindən "Xocalıya ədalət" kampaniyası çərçivəsində ciddi uğurlara nail olunub. Bunun nəticəsidir ki, "Xocalıya ədalət" kampaniyası dünyaya böyük səs salıb. 20-dən çox ölkədə bu faciə soyqrımı kimi tanınır. ABŞ-ın 20-dən çox ştatında Xocalı soyqırımı ilə bağlı qərarlar qəbul edilib, bu istiqamətdə işlər uğurla davam etdirilir. Bütün bunlar bizə "Azərbaycan həmin erməni cəlladlarını beynəlxalq məhkəməyə təslim edəcək və günahkarlar cəzalarını alacaqlar" deməyə əsas verir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm