Nursultan Nazarbayev gələn ay Azərbaycana səfər edəcək
Bizi izləyin

Nida Xəbər

Nursultan Nazarbayev gələn ay Azərbaycana səfər edəcək

Gələn ay Qazaxıstan prezidenti Nursultan NazarbayevAzərbaycana səfər edəcək.

Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Diplomatiya Akademiyasında çıxış edərkən deyib.

Azərbaycan-Qazaxıstan münasibətlərinin səviyyəsi ilə bağlı sualı cavablandıran E.Məmmədyarov iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb: "Qazaxıstanla münasibətlərimizi ən yüksək səviyyədədir. Biz beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirik. Fürsətdən istifadə edib, Qazaxıstanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibəti ilə təbrik edirəm". (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm