Birinci vitse-prezidentin toxunulmazlığı ilə bağlı qanunlara dəyişiklik edilə bilər
Bizi izləyin

Nida Xəbər

Birinci vitse-prezidentin toxunulmazlığı ilə bağlı qanunlara dəyişiklik edilə bilər

Konstitusiyanın tələblərinə uyğun olaraq ayrıca qanun da qəbul edilə bilər.

“Birinci vitse-prezident və vitse-prezidentlərin toxunulmazlığı və digər məsələlərlə bağlı qanunvericiliyə müəyyən dəyişiklik edilə bilər”.

Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, Konstitusiyanın tələblərinə uyğun olaraq ayrıca qanun da qəbul edilə bilər.

"Birinci vitse-prezident və ya vitse-prezidentlər barədə prezident İlham Əliyevin fərmanı ilə təsdiq olunacaq Əsasnamənin hazırlanması da mümkündür", - deyə o vurğulayıb. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm