Mançesterdəki partlayışda ölən və xəsarət alanlar arasında azərbaycanlı varmı? - RƏSMİ
Bizi izləyin

Nida Xəbər

Mançesterdəki partlayışda ölən və xəsarət alanlar arasında azərbaycanlı varmı? - RƏSMİ

Mançesterdəki partlayışda ölən və xəsarət alanlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb.

Bu barədə Publika.az-a XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə istinadən bildirib.

O qeyd edib ki, amma məsələ ilə əlaqədar səfirlik Böyük Britaniyanın müvafiq qurumları ilə təmaslarını davam etdirir. Əlavə yeni xəbər olduğu təqdirdə, məlumat veriləcək.

Qeyd edək ki, İngiltərənin Mançester şəhərində, "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib.

Trend-in yerli polisin "Twitter" hesabına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 22 nəfər həlak olub, 50 nəfər isə yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm