"Nalbandyanla hansı sazişi müzakirə edəcəyimiz hamıya məlumdur" - Məmmədyarov
Bizi izləyin

Nida Xəbər

"Nalbandyanla hansı sazişi müzakirə edəcəyimiz hamıya məlumdur" - Məmmədyarov

"Ermənistanın xarici işləri naziri Edvard Nalbandyanla görüş razılaşdırılsa da, hələlik konkret tarix və yer bəlli deyil. Çox güman ki, bu yaxınlarda bununla bağlı ATƏT-in Minsk qrupunun həmsdərlərindən təklif alacağam".

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı toplantısından sonra mətbuat konfransında deyib.

Onun sözlərinə görə, böyük ehtimal görüş BMT Baş Assambleyasının iclası çərçivəsində keçiriləcək:

“Bizim hansı sazişi müzakirə edəcəyimiz hamıya məlumdur. Yeganə lazım olan şey siyasi qərarın olmasıdır. Bu siyasi qərarın əsasında bizim həmişə vurğuladığımız kimi əsas şərt Ermənistan qoşunlarının Azərbaycanın işğal altında olan torpaqlarından çıxarılmasıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm