Nida Xəbər
Azərbaycan ABŞ konqresmenlərinin adını "qara siyahı"ya saldı
Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini, “Ölkəyə gəlmək, ölkədən getmək və pasport haqqında”, “Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında” qanununun müddəalarını kobud şəkildə pozmuş ABŞ Konqresinin nümayəndələr palatasının üzvləri David Valadao, Frank Pallone və Tulsi Qabbardın adları arzuolunmaz şəxslər siyahısına daxil edilib.
Bunu Publika.az-aXİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, bu qanunsuz səfərlə ABŞ Konqresinin Nümayəndələr beynəlxalq hüququn norma və prinsiplərini, Helsinki Yekun Aktını pozaraq Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına, işğal olunmuş ərazilərdə bir milyondan artıq mülki Azərbaycan əhalisinin qanlı etnik təmizlənməsinə, aqressiv separatizmə bəraət qazandırır və dəstək vermiş olurlar:
"Təəssüflər olsun ki, bu kimi qanunsuz və qərəzli davranışla onlar Azərbaycan ictimai fikrində və beynəlxalq səviyyədə ABŞ Konqresinin nüfuzuna ləkə vururlar.
Onların Ermənistan və erməni lobbisi ilə əlbir bu hərəkətləri təxribatdır, regionda davamlı sülhün təmin edilməsi və münaqişənin həlli istiqamətində ABŞ-ın da daxil olduğu ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərinin pozulmasına xidmət edir"
H.Hacıyev qeyd edib ki, bu şəxslər ABŞ-da fəaliyyət göstərən erməni lobbi dairələri, xüsusilə radikal, irqçi təşkilat olan Amerika erməni milli komitəsinin maliyyə təsiri altında olduqlarını dəfələrlə öz əməlləri ilə sübut ediblər:
"Bu səfərin hansı maliyyə şərtləri altında həyata keçirilməsi ABŞ Konqresinin müvafiq etik komitələri tərəfindən araşdırılmalıdır. Həmçinin, mənəvi-əxlaqi dəyərləri, milli və beynəlxalq səviyyədə qanunun aliliyini rəhbər tutan ABŞ Konqresinin nümayəndələr palatasının digər üzvlərinə, bu şəxslərin seçildiyi ərazilərin seçicilərinə də müraciət edərək David Valadao, Frank Pallone və Tulsi Qabbardın əməllərinə düzgün qiymət verməyə və qınamağa çağırırıq".
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq