Xarici ölkələrin hərbi attaşeləri Hərbi Hava Qüvvələrinin bazasında - - FOTOLAR
Bizi izləyin

Nida Xəbər

Xarici ölkələrin hərbi attaşeləri Hərbi Hava Qüvvələrinin bazasında - - FOTOLAR

Xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri oktyabrın 17-də HərbiHava Qüvvələrinin aviabazasında olublar.

Publika.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, 17 ölkəni təmsil edən hərbi attaşelərə əvvəlcə hərbi hissə, onun yaranma tarixi barədə ümumi brifinq verilib.

Aviabazada qonaqlar şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, əsgər yeməkxanaları, yataqxanalar, məşğələ otaqlarına baş çəkiblər. Silahlanmada olan aviasiya vasitələri ilə tanış olan qonaqlar şəxsi heyətin döyüş hazırlığı məşqlərini də izləyiblər.

Zabit yeməkxanasında nahar edən hərbi attaşelər hərbi hissədə yaradılmış xidmət və məişət şəraitindən, döyüş hazırlığı və tədrisin səviyyəsindən məmnun qalıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm