Nida Xəbər
Bakının döyüş tapşırığı İrəvanı QORXUYA SALDI: “Ermənistan ciddi zərbələrlə üzləşə bilər”
“Bizi qorxulu gələcək gözləyir”
Müdafiə naziri Zakir Həsənovun Ali Baş Komandanın
tapşırıqlarına əsasən Silahlı Qüvvələr Mərkəzi Komanda Məntəqəsində
keçirdiyi müşavirə düşmən tərəfindən ciddi narahatlıqla
qarşılanıb.
Publika.az xəbər verir ki, general-polkovnik Z.Həsənov
hərbi hissələrin, xüsusilə ön xətdə yerləşən bölmələrin döyüş
hazırlığı, xidməti döyüş fəaliyyəti, bölmələrin manevr imkanları,
qoşunların döyüş qabiliyyətinin artırılması, eləcə də düşmənin
təxribatlarının qarşısının dərhal və qətiyyətlə alınması ilə
əlaqədar müvafiq tapşırıqları bütün kateqoriyalardan olan komandir
və rəis heyətinin diqqətinə bir daha çatdırıb.
Müdafiə nazirinin keçirdiyi müşavirə və orduya “Hazır ol!”
tapşırığı Ermənistanı qorxudub.
“Lragir” saytı yazır ki, Azərbaycan Ordusu hər an tətikdədir:
“Güman ki, rəqib (Azərbaycan) hərbidə və diplomatiyada yeni
hücumlara hazırlaşır. Rəsmi Bakı artıq həm hərbi, həm də
diplomatiya sahəsində ciddi addımlar atmaq, istədiklərinə nail
olmaq səviyyəsindədir və müdafiə nazirinin keçirdiyi müşavirə də
deməyə əsas verir ki, Ermənistan ciddi zərbələrlə üzləşə
bilər”.
Erməni siyasi şərhçi Sarqis Artsruni isə yazır ki, Azərbaycanın
məhvedici taktikanı seçib və bu, yalnız erməni cəmiyyətinin
itkilərlə üzləşməsi ilə nəticələnir.
“Ermənistan cəmiyyətində ümidsizlik yaranır, çünki Azərbaycan öz
qəti mövqeyindən geri çəkilmir, Ermənistan hakimiyyəti isə öz
xalqını düşünmür. Serj Sarkisyan Qarabağ münaqişəsinin nizama
salınması prosesindən öz hakimiyyətinin maraqlarına uyğun istifadə
edir və bunun fonunda bəzən Azərbaycan haqlı görünür. Azərbaycanın
apardığı əldən salan müharibə və Ermənistan ordusunun dəhşətli
vəziyyəti erməni xalqı üçün qorxulu gələcək vəd edir. Bunun əsas
günahkarı isə Serj Sarkisyan hakimiyyətidir”, - deyə o
bildirib.
Asif
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO