Nida Xəbər
Qarabağa gedərək ermənilərə dəstək verən Türkiyə vətəndaşından SİRLİ ADDIM
Ötən ay Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş
Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən 4 Türkiyə
vətəndaşından biri, HDP-nin keçmiş millət vəkili Ufuk Uras
Ərdoğanla birgə fotosunu Tvitterdə paylaşdıqdan sonra silib.
Publika.az xəbər verir ki, Uras Tvitterdə Rəcəb Tayyip
Ərdoğanın Baş nazir olduğu dövrdə “aydınlarla” birlikdə PKK-ya
silahı buraxması ilə bağlı açıqlamasının yer aldığı qəzet maneştini
paylaşıb.
Uras paylaşdığı fotonun altına “Tarixdən bir yarpaq” deyə yazıb.
Lakin daha sonra twiti səbəbsiz yerə silib. Türkiyə mediası Urasın
bu süirli addımının arxasında nəyin dayandığının anlaşılmaz
olduğunu yazır.
Qeyd edək ki, Türkiyə vətəndaşları – HDP-nin keçmiş İstanbul millət
vəkili Ufuk Uras, yazar Sait Çetinoğlu, jurnalistlər Əli Bayramoğlu
və Erol Katırcıoğlu ötən ay Dağlıq Qarabağa qanunsuz səfər ediblər.
Bu şəxslər səfər zamanı qondarma DQR-ə dəstək verib, Azərbaycan və
Türkiyəni tənqid ediblər. Rəsmi Bakı bu şəxslərin adını “qara
siyahıya” salıb və həbs olunmasını tələb edir.
Asif
-
Magazin120:00"Bağda gördüyüm ilanı öpüb tumarladım"
-
Ekologiya19:55Nazirlikdən XƏBƏRDARLIQ - Sel və daşqın təhlükəli ərazilərdən uzaq durun
-
Sosial19:12Azərbaycanda bunun cinayət olduğunu deyib - Ağlagəlməz fırıldağa əl atdı
-
Ekologiya18:24Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
-
Rəsmi xronika17:16Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu - FOTO/YENİLƏNDİ
-
Rəsmi xronika16:38“Mənim qızımı niyə gətirməmisən, görərdim” - Video
-
Rəsmi xronika15:09Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir - İlham Əliyev
-
Qoroskop15:00Kişilər bu bürclərin qadınlarına "yox" deyə bilmirlər



































