Özbəkistan Müdafiə naziri hərbi hissəni ziyarət etdi - - FOTOLAR
Bizi izləyin

Nida Xəbər

Özbəkistan Müdafiə naziri hərbi hissəni ziyarət etdi - - FOTOLAR

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının Müdafiə naziri general-mayor Abdusalom Azizov noyabrın 16-da hərbi hissəni ziyarət ediblər.
Publika.az xəbər verir ki, əvvəlcə qonaqlar hərbi hissənin ərazisində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini yad ediblər.
Müdafiə nazirlərinə hərbi hissə haqqında ətraflı brifinq təqdim edilib, şəxsi heyət üçün yaradılan şərait ilə praktiki tanışlıq keçirilib.
Əsgər yeməkxanası, yataqxanalar, inzibati və xidməti otaqları ziyarət edildikdən sonra qonaqlara hərbi hissənin silahlanmasında olan hərbi texnika, silahlar və digər döyüş vasitələri barədə ətraflı məlumat verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm