• USD 1,7001 +0,01% EUR 1,9983 -0,15%
    • GBP 2,2653 -0,11% RUB 0,0287 -0,35%

Azər Həsrət: "Rəqəmlər heç kimi təəccübləndirməməlidir"

Azər Həsrət: "Rəqəmlər heç kimi təəccübləndirməməlidir"

“Xalqı dövlətdən narazı salacaq hal olmadığına görə əhalinin dövlətdən razılığı yüksək səviyyədə olmalıdır”.

Publika.az xəbər verir ki, bu sözləri İctimai Televiziyanın Yayım Şurasının üzvü, politoloq Azər Həsrət ING maliyyə holdinqinin Azərbaycanla bağlı məruzəsini şərh edərkən deyib.

O bildirib ki, hesabatda Azərbaycanla bağlı yüksək rəqəmlərin səsləndirilməsi təbiidir.

“Bütövlükdə götürdükdə Azərbaycanda xalq-hakimiyyət, xalq-dövlət arasında uçurum yoxdur. Hətta xalqın hakimiyyətdən razılığı 81 faizdən daha yüksək ola bilərdi. Çünki Azərbaycan Prezidenti demək olar ki, əhalinin 100 faizi tərəfindən dəstəklənən liderdir. Məhz onun nüfuzuna görə xalq hakimiyyətə olan münasibətini müəyyən edir. Ona görə də bu rəqəmləri təsadüfi hesab etmək olmaz. Cənab Prezidentin şəxsi nüfuzu, bütövlükdə xalq-hakimiyyət arasındakı münasibətlərin optimal şəkildə təşkil edilməsi, onlar arasına kənar qüvvələrin daxil olmasına imkan verilməməsi belə rəqəmlərin ortaya çıxmasına səbəb olub. Bu rəqəmlər heç kimi təəccübləndirməməlidir. Çünki xalqın hakimiyyətə münasibəti məsələsində nəzərəçarpacaq heç bir narazılıqdan söhbət gedə bilməz”.

A.Həsrət hesab edir ki, bu rəqəmlər hakimiyyətə qarşı xalqı ayağa qaldırmaq istəyən, narazılıq toxumu səpmək istəyənlərə də bir mesaj olmalıdır.

“Bəzən Azərbaycan daxilində aparılan sorğularda səsləndirilən rəqəmləri müəyyən dairələr manipulyasiya edib, hakimiyyətə qarşı-müdaxilə və saxtakarlıq kimi fikirlər səsləndirmək istəyirlər. Lakin bu sorğu Azərbaycan hakimiyyətinin heç bir formada təsir edə bilməyəcəyi xarici özəl təşkilat tərəfindən aparılıb. Bu rəqəmlərlə manipulyasiya etmək istəyənlər bir daha düşünməlidir. Azərbaycan xalqının hakimiyyətə münasibəti bu rəqəmlərlə ortaya qoyulub. Bundan sonra heç kim özünə əziyyət verib bu ölkədə narazılıq yaradıb, qarışıqlıq salmaq kimi əməllərə əl atmamalıdır. Bizə aid olmayan, kifayət qədər nüfuzlu, dünyada tanınan təşkilat bu rəqəmləri ortaya qoyub, onlar hamısı reallığı əks etdirir. Xalqla hakimiyyət arasına girməyə çalışan qüvvələr oradan suyu süzülmüş şəkildə çıxacaqlarına əmin olmalıdırlar”.

Qeyd edək ki, ING maliyyə holdinqin tərəfdaşı olan ACT LLC humanitar tərəfdaşlıq təşkilatı tərəfindən aparılan rəy sorğusuna görə, Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə, 45 faizi siyasi partiyalar, 65 faizi Milli Məclisə etibar edir. Məruzəyə əsasən, vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>