Nida Xəbər
Bu şirkətlər İlham Əliyevə Vergilər Nazirliyindən ŞİKAYƏT ETDİLƏR
Ötən il hüquqi şəxslərdən və sahibkarlardan daxil olan 278 şikayətdə vergi, hüquq mühafizə, şəhər və rayon icra hakimiyyəti orqanlarının, ayrı-ayrı vəzifəli şəxslərin sahibkarların işinə maneələr yaratmasından narazılıq bildirilib və kömək istənilib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
Süleyman İsmayılovun ötən ilin yekunları ilə bağlı yazdığı
məqaləsində bildirib.
Şöbə müdiri bildirib ki, sahibkarlar bəzi hallarda vergi orqanlarının onlara əsassız olaraq külli miqdarda borc yazmasından, buna görə fəaliyyətlərini dayandırmağa məcbur olduqlarından, Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən bank hesablarının bloklanmasından, qanunsuz sərəncamların tətbiq edilməsindən və digər məsələlərdən narazılıqlarını bildiriblər:
““Yanar Dağ” QSC, “Telko Qafqaz”, “Metals LTD”, “N-Link İNTELLİGENT SOLUTİONS”, “Qlobal Finans”, “Qartal-A”, “İnter Qarden”, “Relax” MMC-lərin, “İnkomservis” firmasının rəhbərləri və başqaları məhz Vergilər Nazirliyinin onların fəaliyyətinə mane olduğunu yazıb, bir çox kiçik sahibkarlar, həmçinin bəzi vətəndaşlar nazirliyin Gəncə, Lənkəran, Sumqayıt, Şirvan, Yevlax, Göyçay idarə və departamentləri işçilərinin onlara qarşı əsassız təzyiqlərindən şikayətləniblər.
Dövlət orqanlarında vətəndaş müraciətlərinə baxılmasına dair müvafiq məlumatların öyrənilməsi göstərdi ki, bu iş ümumilikdə yaxşı təşkil edilmişdir, lakin bəzi təşkilatlar tərəfindən qüsurlara yol verilib. Bu işdə qüsurlara yol verən təşkilatlar sırasında Xarici İşlər Nazirliyi, Dövlət Sığorta Kommersiya Şirkəti, “Bakı Metropoliteni”, “Azərenerji”, “Azneftkimyamaş”, “Ərzaq məhsullarının tədarükü və təchizatı” səhmdar cəmiyyətləri, Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik, Hesablama Palatası və başqa qurumları göstərmək olar”.
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər