Nida Xəbər
“Ermənilər Rusiyaya…” - ABŞ kəşfiyyatının Qarabağla bağlı MƏXFİ MƏKTUBU - MƏTN
Rusiyanın ermənipərəst “regnum” agentliyində Ermənistanda keçiriləcək seçkilərə həsr olunmuş məqalə yayımlanıb.
Publika.az xəbər verir ki, Qarib Babayanın imzası ilə yayılan məqalədə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki ermənilərin seçkilərə təsirinə də toxunulur.
Ən diqqət çəkən məqam isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi” hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzinin Avrasiya məsələləri üzrə böyük analitiki Louren Gudriçin Dağlıq Qarabağla bağlı məxfi məktubunun yada salınmasıdır.
2011-ci ilin 23 fevralında Vikiliks tərəfindən ortaya çıxarılan məktubda deyilirdi ki, Dağlıq Qarabağda asılan lövhələrdə erməni dili ilə yanaşı, rus dilində də yazılar görünür:
“Bu, Qarabağdakı ermənilər ilk növbədə Rusiyaya loyal olduğunu göstərir. Onlar Ermənistanı ikinci planda görürlər”.
Məxfi məktubda o da qeyd olunur ki, II Dünya müharibəsində Dağlıq Qarabağdakı ermənilər (söhbət Azərbaycan vətəndaşı olan ermənilərdən gedir-red) daha çox səfərbər edilmişdi.
“Bu, 45000 könüllü, yaxud ümumi əhalinin 32 faizi demək idi”, - məxfi məktubda deyilirdi.
Asif
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq