Nida Xəbər
Cümhuriyyətə aparan yollardan bəhs edən kitab - “İstiqlal düşüncələri” təqdim olundu - - FOTO
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və Bəxtiyar Qaracanın müəllifi olduğu “İstiqlal düşüncələri” kitabının təqdimat mərasimi keçirilib.
Publika.az xəbər verir ki, mərasimdə Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov, millət vəkili Elman Nəsirli, “Gündəlik Teleqraf” media qrupunun rəhbəri Aynur Camal, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və bir çox qələm əhli, tanınmış jurnalistlər iştirak edib.
Mərasimi Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov açıb.
O, Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan tarixində arzulanan hadisələrin təməlini qoyduğunu deyib:
“İnsanlar övlad dünyaya gətirir, övladlar xalqa çevrilir, xalqlar isə dövlət yaradır. Azərbaycan Cümuriyyətinin yaranması tariximizdə yeni mərhələ idi. “İstiqlal düşəncələri” kitabı Cümhuriyyətin yüz illiyinə həsr edilib. Kitab “Veysəloğlu” şirkətlər qrupunun maliyyə dəstəyi ilə ərsəyə gəlib. Buna görə “Veysəloğlu” şirkətlər qrupuna təşəkkür edirəm. Onlar bir müddət öncə milli qəhramanlara aid filmlərin nümayişini də təşkil etmişdilər. Onların bu missiyasını da alqışlayıram.
Adından da göründüyü kimi kitabda Cümhuriyyətə aparan yollardan, Cümhuriyyətin yaranmasında iştirak edən şəxsiyyətlərdən bəhs edilir”.
Əflatun Amaşov onu da qeyd edib ki, kitabda Cümhuriyyətə aparan yollara jurnalist baxışı ilə yanaşı, müstəqilliyimiz üçün Heydər Əliyevin apardığı islahatlar da qeyd olunub.
Əflatun Amaşov Rüstəm İbrahimbəyovun məlum filmi haqda da danışıb. O, öz xalqı haqqında aşağılayıcı fikirlərdə olanları pisləyib.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi