Ərzaq ucuzlaşıb
Bizi izləyin

Digər

Ərzaq ucuzlaşıb

İyun ayında ərzaq məhsullarının qiymətləri 2,7 faiz ucuzlaşıb.

Publika.az xəbər verir ki, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb. Ümumilikdə, istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 1,1 faiz ucuzlaşıb.

Ay ərzində buğda ununun, qarabaşaq yarmasının, mal və qoyun ətinin, balıq məhsullarının, günəbaxan yağının, şəkər tozunun, bananın, alçanın, gilasın, çiyələyin, xiyarın, pomidorun, göyərtinin, şirin bibərin, badımcanın, göy lobyanın, kartofun, soğanın, sarımsağın, kələmin, kökün, çuğundurun qiymətlərində ucuzlaşma, yumru düyünün, yumurtanın, limonun, almanın, qozun, şabalıdın, spirtli içkilərin qiymətlərində isə bahalaşma müşahidə olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm