Avropanın avtomobil şirkətləri İran bazarına girdi
Bizi izləyin

Digər

Avropanın avtomobil şirkətləri İran bazarına girdi

İrana tətbiq olunan beynəlxalq sanksiyaların sona çatmasından sonra məşhur avtomobil şirkətləri gözünü bu ölkənin bazarına dikib.

Publika.az xəbər verir ki, Almaniya, Fransa və ingilis şirkətləri İrana axın etməyə başlayıblar. Fransanın “Peugeot” şirkəti ən erkən davranan firmalardan biridir. Şirkət İranın yerli avtomobil istehsalçısı “Khodro” ortaq istehsal reallaşdırmaq istəyir.

2012-ci ildə sanksiyalardan əvvəl “Peugeot” İranda 458 min satış reallaşdırmışdı. “Peugeot”un rəqibi, Fransa şirkəti “Renault” da İran bazarında ən böyük istehsalçı olmağı məqsəd qoyub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm