Neft Fondunun gəlir və xərcləri azaldıldı
Bizi izləyin

Digər

Neft Fondunun gəlir və xərcləri azaldıldı

Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 6711,6 milyon manat proqnozlaşdırılır.

Publika.az xəbər verir ki, fondun gəlirləri 2015-ci illə müqayisədə 34,5 faiz azaldılıb. ARDNF-ın büdcə xərcləri isə 8200,0 milyon manat olacaq. Xərclərdə azalma cari illə müqayisədə 33,4 faiz azdır. Fondun xərclərinin 73,2 faizini dövlət büdcəsinə transfertlər təşkil edəcək. 26 faizi isə infrastruktur xərclərinə yönəldiləcək. Samur-Abşeron kanalının rekonstruksiya edilməsinə, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinə, “Cənub Qaz Dəhlizi” QSC üzrə Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə ümumilikdə 49 milyon manat vəsait nəzərdə tutulub. 2016-2020-ci illərdə gənc mütəxəssislərin xaricdə təhsilinə xərclərin 0,6 faizi ayrılıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm