Vətən müharibəsi iştirakçılarının təqaüdləri artdı - 7 Sərəncam
Bizi izləyin

Digər

Vətən müharibəsi iştirakçılarının təqaüdləri artdı - 7 Sərəncam

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə Azərbayc

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Publika.az-ın verdiyi məlumata görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 69-cu ildönümü ilə əlaqədar qərara alıram:
1. 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına 700,0 (yeddi yüz) manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçılarına 300,0 (üç yüz) manat məbləğində birdəfəlik maddi yardım verilsin.
2. Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədi ilə:
2.1. Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 7,6 milyon (yeddi milyon altı yüz min) manat ayrılsın;
2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin vəsaitin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun xüsusi hesabına köçürülməsini təmin etsin;
2.3. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

19:04

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında da sərəncam imzalanıb.

Sərəncamda qeyd olunur ki, səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilsin:

Abasəliyev Ağa Cəbrayıl Ağasaleh oğlu
Abbasova-Budaqova Afaq Nurəhməd qızı
Abdullayev Əvəz Baxşəli oğlu
Abdullayeva Xurşid Lütfəli qızı
Adıgözəlov Yalçın Vasif oğlu
Ağaverdiyeva Məsməxanım Aslan qızı
Allahverdiyeva Naibə Siyavuş qızı
Babayeva İnarə Əhməd qızı
Bağırov Viktor Cəmiloviç
Bayramov Rafael Əli oğlu
Bayramova Aygün Əliqulu qızı
Cəbrayılov Elşən Şahin oğlu
Cəfərov Cavanşir Xəlil oğlu
Cəfərov Samir Qədir oğlu
Cəfərova Bəsti Əli qızı
Cəfərova Eteri Leonidovna
Əhmədov Cəfər Namiq Kamal oğlu
Əhmədov Elnur Oruc oğlu
Əhmədov Səttar Qafar oğlu
Ələkbərzadə Mehriban Zaur qızı
Əliyev Əyyub Pənah oğlu
Əliyev Rahib Rafael oğlu
Əliyev Rahib Seyidağa oğlu
Əliyeva Böyükxanım Həsənbala qızı
Əliyeva Münəvvər Sabir qızı
Əliyeva Samirə Zimirxan qızı
Əliyeva Sevinc Əli qızı
Əlizadə Əkbər Müzəffər oğlu
Əsədova Məleykə Əlifağa qızı
Əsgərov Əli Rəhim oğlu
Əsgərov Əsgər Əkbər oğlu
Əsgərov İlham Təvəkkül oğlu
Göyçayev Teymur Ənvər oğlu
Hacıəlibəyov Nazim Ənvər oğlu
Hacıyev Əli Əli Yusif oğlu
Hacıyev İlqar Xəlil oğlu
Hacıyeva Sevil İnşalla qızı
Haxverdiyev Behruz Əyyub oğlu
Həmidov Əjdər Qüdrət oğlu
Həşimov Elçin Ləzgi oğlu
Həşimova Şahnaz Həsən qızı
Həşimzadə Xanlar Allahverdi oğlu
Hüseynli Sevinc Qəhrəman qızı
Hüseynli Anar Vaqif oğlu
Hüseynov Füzuli İsmət oğlu
Hüseynov Şövqi Ərəstun oğlu
Hüseynova Kamilla Fikrət qızı
Hüseynova Kəmalə Müzəffər qızı
Hüseynova Nərmin Mətləb qızı
Hüseynova Validə Vəli qızı
Xanızadə Bəxtiyar Oqtay oğlu
Xanlarova Mehriban Aslan qızı
Xəlilzadə Rüfət Eldar oğlu
İbayev Səbuhi Tahir oğlu
İbrahimov Fuad Natiq oğlu
İbrahimov Mənsum İsrafil oğlu
İbrahimova Şəhla İbrahim qızı
İmanova Gülbacı Əliəkbər qızı
İmanova Simarə Cəmaləddin qızı
İsmayılov Elnur Dağbəyi oğlu
İsmayılov Qurban İbrahim oğlu
Kərimov Fəxrəddin Nuri oğlu
Kərimov Loğman Seyfulla oğlu
Kərimova Elnarə Nadir qızı
Kərimova Qərinə Rəhim qızı
Kərimova Nərgiz Faiq qızı
Qafarova Xanım Əbdülqafar qızı
Qarayev Yasin Mikayıl oğlu
Qasımov Məmmədsəfa Məmmədəli oğlu
Qasımov Şəmsəddin Mustafa oğlu
Qasımov Yusif Əli oğlu
Qasımova Fərqanə Alim qızı
Qəniyev Toğrul Sərvər oğlu
Qəribova Nargilə Dursun qızı
Quliyev Əyyub Ramiz oğlu
Quliyev Hafiz Məhərrəm oğlu
Quliyev Qabil Əzizulla oğlu
Quliyev Nurəddin Əzulla oğlu
Quliyeva Səidə Əbülfəz qızı
Qurbanov Oruc İzzət oğlu
Qurbanova Pərvanə Yaqub qızı
Lobaçov Yuri Nikolayeviç
Mehdiyeva Dilarə Yurmiz qızı
Məhərrəmov Məbud Əliəsgər oğlu
Məmmədov Ayxan Rəşid oğlu
Məmmədov Ramiz Soltanəli oğlu
Məmmədov Sirus Arif oğlu
Məsimov Qurban Abdulla oğlu
Mikayılova Sonaxanım Məmmədağa qızı
Miltıx Aleksey Leonidoviç
Mirabov Akif Əhməd oğlu
Mirqasımova Ayan Oqtay qızı
Mirzəhəsənov Hüseyn-Səfa Qvaməddin oğlu
Mirzəyev Gülağası Ağahüseyn oğlu
Muradova Təranə Hüseyn qızı
Musayeva Fəranə Əlimurad qızı
Musayeva Şükufə İmran qızı
Mustafayev Tural Vaqif oğlu
Mustafayeva Laləzar Bəşir qızı
Mütəllimova Firəngiz Bəhər qızı
Nəbiyeva Gülər Nəbi qızı
Nəcəfov Tural Nüsrət oğlu
Nərimanova Zemfira Əli qızı
Nəsirova Hicran Fətəli qızı
Niftəliyeva Nurbəniz Nurəddin qızı
Nikuşina Aleksandra Konstantinovna
Novruz Ramiz Qəvvam oğlu
Novruzova Nübar Qulu qızı
Növrəsli Şahin Növrəs oğlu
Osmanov Bəhram Məcid oğlu
Osmanov Fuad Tacəddin oğlu
Paşazadə Sahib Ağaverdi oğlu
Poladov Əkrəm Nicat oğlu
Rəhmanov Rəhman Tofiq oğlu
Rzayev-Sarabski İsfar Aydın oğlu
Salmanlı Ağaxan Əli oğlu
Seyidov Uran Seyidmusa oğlu
Səfərova Afaq Bəşir qızı
Səlimli Mirbala Seyidəsgər oğlu
Səmədov Şükür Hacıbala oğlu
Spitsina Yelena Eduardovna
Şarovskaya Natalya Yuryevna
Şəfiyeva Gülçöhrə Məmməd qızı
Şərifov Munis Məhəmməd İsmayıl oğlu
Tağızadə İrana Tofiq qızı
Teymurova Nəzakət Xosrov qızı
Yusupova Şükufə Mühəddin qızı
Zeynalov Azər Zeynalabdin oğlu
Zəki Mehriban Mürvət qızı
Zülfüqarov Cahangir Oqtay oğlu

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həlli tapşırılıb.

19:20

1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.


Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:

1. 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli Sərəncamının 1-ci hissəsində təsbit edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2014-cü il may ayının 1-dən artırılaraq 100,0 (yüz) manat müəyyən edilsin və həmin hissədə “55 (əlli beş)” sözləri “100 (yüz)” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

19:35

941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan, xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında 2014-cü ilədək növbəyə durmuş şəxslərin dövlət tərəfindən pulsuz verilən xüsusi avtonəqliyyatla tam təmin olunması üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

19:41

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında xoreoqrafiya sənəti ənənələrinin qorunması və inkişaf etdirilməsi zərurətini nəzərə alaraq, bu sahə üzrə yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyası yaradılsın.

Mədəniyyət və Turizm Nazirliyinə aidiyyəti qurumlarla birlikdə bu sərəncamda qeyd olunan Bakı Xoreoqrafiya Məktəbinin binasının yerləşdiyi sahədə Bakı Xoreoqrafiya Akademiyası binasının tikilməsi, zəruri avadanlıqlarla təchiz edilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Nazirlər Kabineti Bakı Xoreoqrafiya Akademiyasının nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

19:50

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi barədə” 2014-cü il 18 aprel tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti qanunların və prezidentin aktlarının “Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir. Nazirlər Kabineti həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməlidir.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin etməli və Nazirlər Kabinetinə məlumat verməlidir.

15:58

Azərbaycan Prezidenti İlham Əliyev "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2014-cü il 18 aprel tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.



Dəyişikliyə əsasən, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavənin - "Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların Siyahısı"nın VI bölməsinə aşağıdakı məzmunda 4-cü bənd əlavə edilir:



"4) Mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə"



Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Prezidentinin aktlarının "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.


Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm