Digər
Şuşanın ermənilər tərəfindən işğalından 22 il ötür
Bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 22 il ötür.
Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən
biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli
memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli
abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim
yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik
şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının
mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb. Qasım
bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy
Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli,
Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli
şəxsiyyətləri ilə tarixə düşən bu şəhər dünyada Azərbaycan
muğamının beşiyi kimi tanınır.
1977-ci ildə ümummilli lider Heydər Əliyevin
təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq
qoruğu elan etmək haqqında" qərar qəbul edilib. Həmin vaxtdan
Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyətimizin və
incəsənətimizin böyük simalarından Üzeyir bəy Hacıbəylinin,
Xurşidbanu Natəvanın və Bülbülün ev muzeyləri yaradılıb, görkəmli
şair Molla Pənah Vaqifin məqbərəsi ucaldılıb.
1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin
bərpası haqqında müvafiq sənədlər qəbul edən Azərbaycan
Respublikası Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistanın
aqressiv etnik təmizləmə siyasəti ilə üz-üzə qaldı. Dərin siyasi,
iqtisadi, sosial böhran keçirən və Dağlıq Qarabağda yaranmış gərgin
vəziyyətdən çıxış yolu axtaran ölkəmiz hələ öz milli ordusu
formalaşmadığından yüksək hərbi-strateji əhəmiyyətli Şuşa şəhərinin
müdafiəsində yalnız könüllü özünümüdafiə dəstələrinin yardımına
ümid edirdi. Lakin onların qəhrəmancasına döyüşmələrinə və layiqli
müqavimət göstərmələrinə baxmayaraq, təpədən dırnağadək silahlanmış
Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini
işğal etdi.
Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195
nəfər soydaşımız şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir
düşdü və girov götürüldü. Erməni vandalları işğal vaxtı minlərlə
eksponatın olduğu muzeyləri talan etdilər, yüzlərlə
tarix-mədəniyyət abidəsini dağıtdılar, məbədgah və məscidləri
təhqirlərə məruz qoydular, çox sayda nadir əlyazma nümunələrini
məhv etdilər, təhsil və səhiyyə ocaqlarını xarabazara
döndərdilər.
Şuşada dövlət tərəfindən qorunan 248 tarixi abidə,
8 muzey, bir rəsm qalereyası, bir məqbərə, 8 musiqi məktəbi,
onlarla mədəniyyət obyekti işğal altında qalıb.
Şuşanın işğalı zamanı yüzlərlə dinc sakin həlak
olub, 60-ya yaxın mülki şəxs girov götürülüb və itkin düşüb, ölən,
yaralanan və girov götürülənlər arasında qadınlar və uşaqlar da
var. Onların bir çoxu bu günə qədər azad olunmayıb. Şuşanın işğalı
nəticəsində təxminən 22 minə yaxın insan qaçqın düşüb.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi