Rusiyada azərbaycanlı sevgilisini öldürdü - FOTOLAR
Bizi izləyin

Digər

Rusiyada azərbaycanlı sevgilisini öldürdü - FOTOLAR

19 yaşlı azərbaycanlı oğlan Rusiyada qətl hadisəsi törədib.

19 yaşlı azərbaycanlı oğlan Rusiyada qətl hadisəsi törədib.

Hadisə mayın 14-də axşam saatlarında Rusiyanın Xanti-Mansiysk şəhərində baş verib.

Adı açıqlanmayan 19 yaşlı azərbaycanlı gənc 23 yaşlı qız tanışını bıçaqlayıb. Xanti-Mansiysk şəhərinin Şevçenko küçəsində qızın yaşadığı evin qarşısında başlayan mubahisə sonda azərbaycanlı gəncin qızı biçaqlaması ilə yekunlaşıb.

Mübahisəyə səbəb qızın oğlanla münasibətdən imtina etməsi olub. Gənc üstündə gəzdirdiyi bıçaqla qızın baş və boyun nahiyəsindən zərbələr endirib. Qız hadisə yerindəcə keçinib.

Hadisə baş verən zaman qızın anası da onların yanında olub. O, azərbaycanlı gənci sakitləşdirməyə çalışsa da, cinayətin baş verməsinə maneə ola bilməyib.

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Bir neçə saat çəkən axtarışlardan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onu tutublar. 19 yaşlı gənc törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. /Anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm