Hər dəqiqə Asiyada dəhşətli müharibə başlaya bilər
Bizi izləyin

Digər

Hər dəqiqə Asiyada dəhşətli müharibə başlaya bilər

Son bir sutka ərzində Şərqi Asiyada bir neçə rezonans doğuran hadisə baş verib.

Son bir sutka ərzində Şərqi Asiyada bir neçə rezonans doğuran hadisə baş verib.

Bu müddətdə Tailandda hərbi çeviriliş, Çində 30-dan artıq insanın ölümü ilə nəticələnən terror aktları, Çin və Yaponiya arasında mübahisəli adalar ətrafında gərginliyin yaranması və nəhayət, Cənubla Şimali Koreya dövlətləri arasında dəniz sərhəddində silahlı indisentin baş verməsi halları qeydə alınıb. Xüsusən, sonuncu hadisə zamanı Şimali Koreya ordusunun Cənubi Koreyaya məxsus patrul gəmilərinə artilleriya atəşi açması halı baş verib.

Qərb xəbər agentliklərinin verdiyi məlumata görə, Şimali Koreya gəmiləri azı bir neçə dəfə düşmən gəmisinə atəş açıb. Cənubi Koreyaya məxsus Enföndo adasının sakinləri təcili şəkildə adanı tərk ediblər. Cənubi Koreya hərbi dəniz qüvvələrinə aid partul gəmiləri isə cavab atəşi açıblar. İnsidentdən bir neçə saat öncə Şimali Koreya komandanlığı ölkənin dəniz sərhədlərini pozan istənilən hərbi və sərnişin gəmisini məhv edəcəklərini açıqlayıb.

Xatırladaq ki, 2010-cu ildə bu ərazidə baş verən sərhəd insidenti zamanı Cənubi Koreyalı 2 hərbi qulluqçu və 2 dinc sakin dünyasını dəyişib.

Bununla paralel olaraq, Çin və Yaponiya arasında Senkaku adası uğrunda mübarizə diplomatik gərginliklə müşahidə olunub. Yaponiyadan 600 kilometr uzaqlıqda yerləşən adanı Dyaodao adlandıran Çin əraziyə iddiaçıdır. Yaponiya Hərbi Dəniz Qüvvələrinin burada təlim keçirmələri Çin tərəfinin sərt reaksiyası ilə üzləşib. Onlar buna görə qarşı tərəfdən izahat tələb ediblər.

Çinin digər qonşusu Vyetnam da böyük “qonşusu”ndan ehtiyatlanır. Belə ki, Çin yaxınlarda iki ölkə arasında mübahisəli ərazi kimi tanınan Parasel adaları ətrafında neft platformaları quraşdırıb. Vyetnam bununla bağlı Çini beynəlxalq məhkəməyə verməyi planlaşdırır.

Regionda saatbasaat dəyişən situasiya hər an nəzarətdən çıxa bilər. Çin isə ittihamları rədd edir və suveren ərazisində işlər həyata keçirdiyi bildirir. /Axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm