İsmət Abbasov “Şöhrət” ordeni ilə təltif edildi
Bizi izləyin

Digər

İsmət Abbasov “Şöhrət” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev İsmət Abasovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam verib.

Prezident İlham Əliyev İsmət Abasovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam verib.

Prezidentin rəsmi saytında yayılan sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında aqrar sahədə göstərdiyi xidmətlərə görə İsmət Dursun oğlu Abasov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, sabah İsmət Abasovun 60 yaşı tamam olur.

***

İsmət Dursun oğlu Abasov 1954-cü il mayın 25-də İrəvanda anadan olub.

1971-ci ildə İrəvan şəhəri M.F.Axundov adına 9 saylı orta məktəbi, 1976-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1976-80-ci illərdə Azərbaycan Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində Təchizat, Tədarük və Satış İdarəsində böyük mühəndis və şöbə rəisi, 1980-89-cu illər Bakı Şampan Şərabları zavodunun planlaşdırma-istehsalat şöbəsinin rəisi və kommersiya məsələləri üzrə direktor müavini, 1990-93-də Bakı 1 saylı Şərab zavodunun iqtisadi məsələlər üzrə direktor müavini, 1993-97-də Bakı Tütün kombinatında istehsalat üzrə direktor müavini, inzibati direktor, 1997-2004-cü illərdə Kənd Təsərrüfatı nazirinin 1-ci müavini işləyib.

2004-cü ildən 2013-cü ilə qədər Kənd Təsərrüfatı naziri vəzifəsini tutub. Hazırda Baş nazirin müavinidir. Abasov həm də Stolüstü Tennis Federasiyasının prezidentidir.

Ailəlidir, iki övladı və iki nəvəsi var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm