Həyatın kədərli fotosu
Bizi izləyin

Digər

Həyatın kədərli fotosu

Həyatın kədərli fotosu

Universitetdən, işdən həmişə evə qayıdarkən metronun girəcəyində bir yaşlı kişi görürəm. Düzü. bu yaşlı adam uzun müddətdir ki, burada özünə yer tapıb. Başında, qış-yay fərqi yox, qalın bir papaq, üzərində isə qəhvəyi rəngli palto.

Ayaqqabıları isə tozlu-torpaqlı çəkmə. İşi isə çəki ölçənlikdir, yəni tərəzi ilə insanların çəkisini yoxlayır. Gün ərzində insanlara pozitiv yanaşır. Gəl ay bala, ay qardaş, ay bacı deyərək müştərilərini cəlb etməyə çalışır. Yoxsul olduğu ilk baxışdaca sözünü deyir. Bəzən o kişini müşahidə edirəm. Ona baxdıqca düşünürəm.

Yaxınlaşıb ondan hal-əhval tuturam. Çox həvəslidir. Yaşamla mübarizə apardığı gözlərindəki dərinlikdən apaydın hiss olunur. Amma anlaşılır ki, onun içində anlaşılmaz duyğular baş qaldırmaqdadır Mən həmişə bu kişini burda öz pulunu qazanmaqda necədə çətin anlarda olduğunu görəndə düşünürəm ki, onun oturuşundakı çarəsizlik bizim yaşadığımız həyatın kədərli fotosudur. Onun qırışlı əlləri dağınıq, titrək səsi, yerlə-göylə əlləşən, ora-bura qaçan, çıxılmazlıq olduğu zaman qaçıb uzaqlara getməyi fikirləşən insanları əks etdirir.

Ona baxanda babam yadıma düşdü. Bütün qocalar ümidsizliyin simvoludur, desəm yəqin ki, yanılmaram. Ancaq həmişə qocalmağa çatan bu insanlar nəyisə dəyişməyə cəhd edirlər, heç olmasa dünyayla barışa bilmədiklərini. Buna görə də babam hər gün bir işin qulpundan yapışardı: ya naxıra gedər, ya qoca eşşəyilə su gətirməyə çölə gedərdi, ya da inəkləri haylayardı.

Qocalıq var olduğunu sübut etməyə çalışmaq cəhdidir. Əslində, danışdığım, ünsiyyətdə olduğum bütün qocalar deyiblər ki, biz ölü canlılarıq, saədəcə olaraq həyatda görüntümüz var, yaşadığmızı bildirmək üçün gərək ki, o kölgənin qabağını kəsməyək.

Gözümün qabağından saysız-hesabsız insanlar keçir. Onların danışığı, yerişi, gülüşü, qarşımdakı qocanın susqunluğunda əks-səda verir.

Birdən titrək səsi eşidilir: Bala çəkini bilirsən?

--- Nə fərqi var hamımız bir gün öləcəyik...

--- Bilirəm, belə şeylərdən danışma, bu günümüzdən danış, sən hələ gəncsən...

Heç bir cavab verə bilmədən, qoca kişi ilə xudafizləşirəm. Arxama baxdıqca onun görüntüsü kiçilir. Kiçildikcə yoxa çıxır.

Gözümün qabağında yenə babam canlanır. Əlindəki əsa ilə məni vurur. Səssiz –səmirsiz, heç nə danışmır. Yorulur, sonra öskürür, sonra astra paprosundan alışıdrır, dumanında yoxa çıxır. Əllərimlə toxunmaq istəyirəm, onun zəhmətkeş əllərinə ancaq əllərim havadan asılı qalır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm