Ulduz futbolçu qəzada həlak oldu - FOTO
Bizi izləyin

Digər

Ulduz futbolçu qəzada həlak oldu - FOTO

Braziliyalı futbolçu Fernandao vəfat edib. 36 yaşlı veteran hücümçü helikopter qəzasında həlak olub.

Braziliyalı futbolçu Fernandao vəfat edib. 36 yaşlı veteran hücümçü helikopter qəzasında həlak olub.

Qəza Aurana əyalətində baş verib. Nəticədə Fernandao da daxil olmaqla helikopterdəki 5 nəfər həlak olub. Qəzanın səbəbi hələlik bəlli deyil.

Qeyd edək ki, Fernandao karyerası ərzində Braziliyanın "Qoias", "İnternasional", "San Paulo", Fransanın "Olimpik" (Marsel), "Tuluza" və Qətərin "Əl-Qarafa" klublarında top qovub.

DÇ-2006-da Braziliya millisinə dəvət alan hücumçu bir oyunda meydana çıxıb. 2011-ci ildə "San Paulo"da yaşıl meydanlarla vidalaşan Fernandao bir il sonra karyerasının ən yaxşı illərini keçirdiyi "İnternasional"ın baş məşqçisi təyin olunub. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm