Kitabxanada fahişə xidməti - Foto
Bizi izləyin

Digər

Kitabxanada fahişə xidməti - Foto

ABŞ-ın Massaçusets ştatında yerləşən Tüksberi kitabxanasında fahişəliklə məşğul olan qadın yaxalanıb. Onun kitabxanada nə qədər vaxt “işlədiyi” isə məlum deyil.

Polis “oxuculardan” birinin kitabxana xidmətindən istifadə edən insanlara seks təklif etməsi haqda məlumat əldə edib.

Oxucu qismində kitabxanaya yollanan polisə qadın yazılı şəkildə “xidmət” təklif edib. Qadın “xidməthaqqı” kimi 60 dollar istədikdə polis onu həbs edib.

Qeyd edək ki, Tüksberi kitabxanası bir dəfə də fahişə xidməti qalmaqalı ilə üzləşib. 2013-cü ildə adı açıqlanmayan bir kişinin kitabxananın tualetində oxuculara seks təklif etməsi məlum olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm