Digər
Ukrayna ordusunda ağır itki: 142 ölü
Ukraynada vəziyyətin kəskinləşməsindən bu yana Silahlı Qüvvələrinin 142 hərbçisi həlak olub.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında müdafiə nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Mixail Koval bildirib.
Birləşmiş Millətlər Təşkilatı (BMT) isə dünən açıqladığı məruzəsində Ukraynada ümumilikdə 423 nəfərin son hadisələrin qurbanı olduğu qeyd edilib.
BMT baş katibinin köməkçisi İvan Şimon ölkənin şərqində insan hüquqları üzrə vəziyyətin son məruzənin açıqlandığı dövrlə müqayisədə pisləşdiyini bildirib.
Şimonun sözlərinə görə, rəsmi mənbələrdən aldığı informasiyaya əsasən, 15 aprel–20 iyun tarixlərində Ukraynada 423 insan həlak olub. Onların arasında dinc sakinlər də var. BMT-nin məruzəsində Ukraynada 46 mindən çox vətəndaşın evini tərk etməyə məcbur olduğu bildirilir. Onlardan 11 min 500-ü Krımdan, 34 min 600-ü isə Şərqi Ukraynadan köç edib.
Onun sözlərinə görə, son iki həftə ərzində Ukraynada evini tərk edənlərin sayı iki dəfə artıb.
Ömər Dağlı
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO