Beyons ərinin xəyanətindən danışdı
Bizi izləyin

Digər

Beyons ərinin xəyanətindən danışdı

Beyons ABŞ-ın Ohayo ştatında verdiyi konsert zamanı ifa etdiyi mahnıda əri Cey Zinin sədaqətsizliyinə eyham vurub. Hər halda, Amerika mətbuatı belə hesab edir.

Beyons və əri Cey Zi “On The Run” qastrolu çərçivəsində konsert verir. Pop-diva konsertdə sevgilisinin xəyanətinə işarə olan “Resentment” (“İnciklik”) adlı mahnısını ifa edib. Jurnalistlər Beyonsun mahnının sözlərini qəlbinə yaxın hiss etdiyini qeyd ediblər. Onların fikrincə, müğənni mahnı mətninin sözlərini də özünə uyğun şəkildə dəyişdirib.

Mahnının orijinal mətni belə olub: “Biz artıq 6 ildir ki, bir yerdəyik. Mən belə bir münasibətə layiqəmmi?”.

Beyons isə mahnını belə dəyişdirib: “Biz artıq 12 ildir ki, bir yerdəyik. Mən belə bir münasibətə layiqəmmi?”.

Ulduz və əri artıq 12 ildir ki, bir yerdədirlər. Bu isə ideal görünən cütlüyün çətin anlar yaşadığına işarədir.

Nura

Бейонсе и Джей-Зи

Бейонсе и Джей-Зи

Oxumağa davam et
Reklam
Reklam

Gündəm