"Əməliyyatlar davam edəcək!"
Bizi izləyin

Digər

"Əməliyyatlar davam edəcək!"

İsrailin baş naziri ölkənin müdafiə naziri ilə görüş keçirib.

ANS PRESS-in məlumatına görə, İsrailin baş naziri Binyamin Netanyahu ilə ölkənin müdafiə naziri Moşe Yalon birlikdə mətbuat konfransı keçiriblər. Jurnalistlərin suallarına aydınlıq gətiriblər.

"Qaçırılan İsrail əsgərlərini geri qaytarmaq üçün əlimizdən gələni edəcəyik. Həmasa aid tunel yox edilənə qədər hücumlar dayanmayacaq. İsrail xalqının təhlükəsizliyi təmin edilənə qədər əməliyyata davam edəcəyik. Qətər isə Həmasın əsas maliyyə dəstəkçisidir." – deyə, Netanyahu sərt çıxış etməklə yanaşı, Qətəri də günahlandırıb.

İsrailin müdafiə naziri Moşe Yalon da Qəzzaya qarşı aparılan əməliyyatların uzun müddət davam edəcəyini söyləyib.

Xatırladaq ki, Netanyahu ötən həftə də nazirlərlə keçirdiyi mətbuat konfransında tunelləri məhv edənə qədər vuruşacaqlarını açıqlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm