İsrailli nazir: “İşğal qərarı verməyə çox yaxın idik”
Bizi izləyin

Digər

İsrailli nazir: “İşğal qərarı verməyə çox yaxın idik”

İsrailin kəşfiyyat və strategiya naziri Yuval Ştaynits Qəzzada Həmas ilə əldə etdiyi atəşkəs razılaşmasının “acı bir dad buraxdığını” söyləyib.

Publika.az-ın verdiyi xəbərə görə, israilli nazir BBC-yə açıqlamasında Qəzzaya hücumların ölkəsinin beynəlxalq nüfuzuna da zərər verdiyini etiraf edib.

Bu həm də israilli nazirdən gələn yeganə etiraf olmayıb. Yuval Ştaynits Qəzza işğalına çox yaxınlaşdıqlarını bildirib: “İsrail hökuməti Qəzzanın yenidən işğalı barədə qərar verməyə çox yaxınlaşmışdı. Raket hücumlarının yenidən başlanması halında bu barədə yenidən düşünülə bilər”.

O, Qəzzadan davamlı olaraq raket hücumlarının təşkil edildiyini və bu hücumların fələstinlilərin özlərinə də səfalət və acı gətirdiyini deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm