Həsən Ruhani Rza Zərrabın ortağından danışdı
Bizi izləyin

Digər

Həsən Ruhani Rza Zərrabın ortağından danışdı

İran prezidenti Həsən Ruhani Türkiyədə rüşvət və korrupsiya ittihamı ilə həbs olunan Rza Zərrabın İrandakı iş ortağı olduğu deyilən Babək Zəncani barəsində danışıb.

İran prezidenti Həsən Ruhani Türkiyədə rüşvət və korrupsiya ittihamı ilə həbs olunan Rza Zərrabın İrandakı iş ortağı olduğu deyilən Babək Zəncani barəsində danışıb.

Publika.Az –ın verdiyi xəbərə görə, dövlət başçısı dövlət televiziyasının canlı yayımında iş adamının fəaliyyəti ilə bağlı təəcübünü gizlətməyib.

“Niyə bu qədər neftin bir adamın əlinə verildiyini anlamaqda çətinlik çəkirəm. Rəqəm çox böyükdür. Ölkənin təxminən bir aylıq gəlirinə bərabər”, - H.Ruhani dilə gətirib.

İran prezidenti B.Zəncaninin həbs olunma qərarı ilə bağlı bunları söyləyib:“Bu adam pullarının bir bankda olduğunu söyləyirdi. Apardığımız araşdırmalardan sonra yalan danışdığını başa düşdük. Bundan sonra köməkçimdən sui-istifadə məsələlərinin araşdırılması istədim”.

Qeyd edək ki, B.Zəncani prezidentin sui-istifadə ilə mübarizə tapşırığından sonra 30 Dekabr 2013-cü ildə həbs edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm