Digər
Fransa qazax oliqarxı Rusiyaya ekstradisiya edir
Fransa məhkəməsi qazax oliqarx, keçmiş enerji naziri və BTA bankının başçısı Muxtar Ablyazovun Rusiyaya ekstradisiya olunması ilə razılaşıb.
Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Baş prokurorluğunun rəsmi nümayəndəsi Marina Qridnyova bildirib.
"Lion apelyasiya məhkəməsi Rusiya Baş prokurorluğunun sorğusunu təmin etdi və Ablyazovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün ekstradisiyasını məsləhət görüb”, - deyə o, söyləyib.
Muxtar Ablyazov Fransada 2013-cü ilin yayında saxlanılıb. 2014-cü ilin yanvarında Fransız məhkəməsi onun Rusiyaya verilməsi barədə qərar verib. Ancaq vəkillər bu qərardan şikayət ediblər. Aprelin əvvəlində isə Fransa məhkəməsi bir sıra prosessual pozuntuları əsas gətirərək biznesmenin Rusiya və ya Ukraynaya ekstradisiyasına maneə olub.
Rəsmilərə əsasən o, bir neçə milyard dolları mənimsələməkdə ittiham olunur. Keçmiş enerji naziri və BTA bankının başçısı Qazaxıstan, Rusiya və Ukraynada axtarışa verilib.
M.Ablyazov iddiaları rədd edir. O, bildirir ki, ittihamlar onu Qazaxıstanın avtoritar prezidenti Nursultan Nazarbayevin siyasi rəqibi kimi aradan qaldırmaq üçün nəzərdə tutulub.
Qazaxıstan Baş prokurorluğunun məlumatına görə, biznesmen və onun cinayət yoldaşlarının fəaliyyəti Kipr, Macarıstan və Latviyanın hüquq-mühafizə orqanlarının cinayət araşdırmasının predmetidir. Həmçinin İrlandiya və Finlandiya biznesmenin şirkətlərinin fəaliyyətini araşdırır.
Ömər Dağlı
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO