Ölkədən göndərilən neftin həcmi açıqlandı
Bizi izləyin

Digər

Ölkədən göndərilən neftin həcmi açıqlandı

Oktyabr ayında Ceyhan limanından 2,5 milyon ton neft dünya bazarlarına çıxarılıb.

Dövlət Neft Şirkətindən Publika.az-a verilən məlumata görə, 2014-cü ilin oktyabr ayı ərzində 2 milyon 495 min 968 ton neft Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 milyon 641 min 41 tonunu Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-oktyabr aylarında Ceyhan limanından ixrac olunan neftin həcmi 24 milyon 594 min 844 ton olub.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2014-cü il noyabr ayının 1-nə qədər Ceyhan limanından 257 milyon 738 min 758 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb. Oktyabr ayında BTC kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub.

BTC ilə ixraca gəlincə, 2014-cü ilin oktyabr ayı ərzində əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 481 min 366 ton Azərbaycan nefti nəql edilib. İlin əvvəlindən isə kəmərlə 24 milyon 325 min 558 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il noyabr ayının 1-nə qədər BTC-yə 259 milyon 467 min 151 ton neft vurulub.

Bundan başqa, cari ilin oktyabr ayında BTC kəməri ilə ümumilikdə 353 min 558 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm