Azərbaycan 10 ayda neftini neçəyə satıb?
Bizi izləyin

Digər

Azərbaycan 10 ayda neftini neçəyə satıb?

Azərbaycan bu ilin yanvar-oktyabr aylarında 28 mln. 225 min 333,7 ton neft ixrac edib. Bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,9% azdır.

Publika.az xəbər verir ki, Bakı-Tiflis-Ceyhan neft kəməri ilə 23 mln. 57 min 492,4 ton, Bakı-Supsa neft kəməri ilə 3 mln. 563 min 963,8 ton, Bakı-Novorossiysk neft kəməri ilə 848,519 min ton neft ixrac olunub. Dəmir yolları ilə Gürcüstan limanlarına 755 min 358,5 ton neft daşınıb.

Hesabat dövründə ixrac edilən 16 mlrd. 295 mln.dollar məbləğində neftin bəyan edilmiş həcmi 20 mln. 268 min 46,1 ton təşkil edib.

“Caspian Barrel” ekspertlərinin hesablamalarına görə, cari ilin ilk on ayında Azərbaycan neftinin orta ixrac qiyməti hər ton üçün $803,97 və ya hər barel üçün $108,64 təşkil edib.

2014-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan 1 mlrd. 183 mln. 814,13 min dollar məbləğində 1 mln. 737 min 988,67 ton neft məhsulu ixrac olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm