Digər
“Əslində neftin qiymətinin ucuzlaşmasından dolayı yolla təsirlənən ən çox aqrar bölmədir”- Rəy
“Dünyanın əmtəə bazarlarında qiymətlər davamlı və sürətlə ucuzlaşmaqdadır. Bu dəyişikliklər yalnız enerji məhsullarının qiymətlərində deyil, həm də əlvan metallar və kənd təsərrüfatı məhsulları üzrə də müşahidə olunur”.
Bunu Publika.az-a açıqlamasında iqtisadçı-ekspert Qubad İbadoğlu bildirib. O qeyd edib ki, son hərracda 1 barel “Brent” markalı neftin qiyməti daha 2.25 faiz uzulaşaraq 68.57 dollar. WTI markalı neftin qiyməti isə 2,52 faiz ucuzlaşaraq 64,48 dollar olub. Elədə də qızılın 1 troya unsiyasının qiyməti 0,93 faiz azalaraq 1,164.6 dollar təşkil edib. Eyni tendensiya kənd təsərrüfatı məhsulları bazarında da qeydə alınıb: “Belə ki, heyvandarlıq məhsulları, pambıq, kakao, qarğıdalı və taxılın qiymətində ucuzlaşma meyilləri davam etməkdədir. Bu və digər amillərə görə, Azərbaycana qonşu olan Rusiyada, Ukraynada, Gürcüstanda və başqa ölkələrdə milli valyutanın dəyərdən düşməsi milli iqtisadiyyatımıza da təsirsiz ötüşmür. Əslində neftin qiymətinin ucuzlaşmasından dolayı yolla təsirlənən ən çox aqrar bölmədir. Ölkəmızə milli valyutalarının dəyərsizləşməsi səbəbindən Rusiya, Ukraynada və Gürcüstandan iri və xırdabuynuzlu heyvanların idxalında müşahidə olunan artım ət bazarında yeni situasiya yaradıb.
Yaranmış situasiyadan mərkəzdə ətin qiymətinin süni vasitələrlə əvvəlki səviyyəsində saxlanılması nəticəsində partaxtda istehlakçılar, regionlarda isə ətin qiymətini ucuzlaşmasına görə yerli fermerlər ziyan çəkməyə başlayıblar. Yerli fermerlərin xərclərinin (bu ilin quraqlıq keçməsi səbəbindən hazırda regionlarda 1 ot presi 5 AZN-ə satılır) artığı bir dövrdə gəlirlərinin azalması fonunda daxili bazarda xaricdən gətirilən ucuz dəyərli iri və xırda buynuzlu heyvanların idxalının artımı bu buzneslə məşğul olan iş adamlarının izafi gəlirlərinin çoxalmasını şərtləndirib”.
İqtisadiyyat şöbəsi
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO