
Azərbaycan neftinin ixracı 8,8% artıb.
Bu ilin yanvar-noyabrında Supsa limanından 2 milyon 702 min 891 ton azərbaycan nefti nəql edilib.Bu barədə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Publika.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə “Qərb” marşrutu üzrə Azərbaycan neftinin ixracı 8,8% artıb. 2014-cü ilin noyabrında Supsa limanından 169 min 385 ton neft dünya bazarına göndərilib.
2013-cü ildə Supsa limanından 2 milyon 725.95 min ton neft göndərilmişdi.
İqtisadiyyat şöbəsi