Xarici mənbələrdən əsas kapitala 4400,6 milyon manat vəsait yönəldilib
Bizi izləyin

Digər

Xarici mənbələrdən əsas kapitala 4400,6 milyon manat vəsait yönəldilib

Yanvar-noyabr aylarında xarici mənbələrdən əsas kapitala 4400,6 milyon manat vəsait yönəldilib.

Publika.az xəbər verir ki, xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilən vəsaitin 4046,7 milyon manatı (92,0 faizi) Böyük Britaniya, Norveç, Türkiyə, ABŞ, Fransa, İran, Rusiya və Yaponiya sərmayədarlarına məxsus olub. Əsas kapitala yönəldilmiş vəsaitin xarici ölkələr və beynəlxalq təşkilatlar üzrə strukturuna gəlincə, Yaponiya 5,6 faiz, Rusiya 6,1 faiz, İran 6,1 faiz, Fransa 6,8 faiz, ABŞ 7,9 faiz, Türkiyə 8,6 faiz, Norveç 18,5 faiz, Böyük Britaniya 32,4 faiz olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm