Azərbaycan banklarından biri satıldı
Bizi izləyin

Digər

Azərbaycan banklarından biri satıldı

Mərkəzi Bankın məcmu kapital tələbini yerinə yetirə bilməyən “Kövsərbank”ın səhmlərinin 76 faizi kənar investora satılıb.

Publika.az xəbər verir ki, bu barədə fins.az-a bankın İdarə Heyətinin sədri Heydər İbrahimov məlumat verib. O deyib ki, səhmləri alan ölkədaxili investordur. Kommersiya sirri olduğundan investorun adını açıqlamayan bank yetkinlisi deyib ki, xaricdən investor cəlb etməyiblər”.

Bildirək ki, Bakı Fond Birjasında Kövsərbank”ın 38 milyon manatlıq səhmi yerləşdirilib. Bu gün başa çatacaq emissiya nəticəsində bankın nizamnamə kapitalının 12 milyon manatdan 50 milyon manata, məcmu kapitalı 12,5 milyon manatdan 50 milyon manata çatdırılması gözlənilir”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm