“Qazprom” türk şirkətini alır
Bizi izləyin

Digər

“Qazprom” türk şirkətini alır

Rusiyanın enerji nəhəngi “Qazprom” Akfel Holdinq-in şirkətlərindən biri olan “Akfel Qazı” satın alır.

Publika.az xəbər verir ki, bu barədə TheLirada məlumat verib. Bildirilib ki, 2012-ci ildə Enerji Bazarı Tənzimləmə Təşkilatı Rusiyadan təbii qaz idxal etmək istəyən 4 türk şirkətinə icazə verib. Bunlar “Akfel Qaz”, “Bosphorus Qaz”, “Kibar Enerji”və “Batı Hattı Doğalgaz” şirkətləri idi. Həmin şirkətlərə verilən 30 illik idxal lisenziyası alan “Akfel Qaz” cəmi 6 milyard kubmetrlik qazın 2.25 milyard kubmetrini boynuna götürmüşdü. “Qazprom Export LLC” tərəfindən əldə edilən bu razılaşma digər şirkətlər - “Bosphorus Qaz” 1.75 milyard kubmetr, “Kibar Enerji” 1 milyard kubmetr, “Batı Hattı Doğalgaz” 1 milyard kubmetr qazı boynuna götürmüşdü.

“Akfel Group” Rusiyanın ticarət nəhəngi “Gunvor” ilə də enerji işində ortaqdır. Rus milyarder Gennadi Timçenko tərəfindən yaradılan İsveçrə mərkəzli şirkət 2011-ci ildə əməkdaşlıq qərarı alaraq “Akfel Gunvor Enerji Tic. MMM”i qurmuşdu. “Gunvor” un illik indossamenti 95 milyard dollar səviyyəsindədir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm