Neft Şirkətinin “Petkim”dəki payını kimə satdığı bəlli oldu
Bizi izləyin

Digər

Neft Şirkətinin “Petkim”dəki payını kimə satdığı bəlli oldu

SOCAR Türkiyə “Petkim”də sahibi olduğu hissələrinin 3,4 faizini 4 lirə əvəzlə BCM Qlobal Fund şirkətinə satır.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, satışa çıxarılacaq səhmlərin dəyəri 34 milyon türk lirəsi həcmində qiymətləndirilir. Satış 5 fevral Topdan Satışlar Bazarında reallaşacaq.

Bildirək ki, SOCAR Türkiyənin "Petkim" neft-kimya kompleksində 61,32 faiz paya sahibdir. “Petkim”in qalan 38,67% səhmi İstanbul fond birjasında sərbəstdir. Şirkət Türkiyədə plastik qablaşdırmalar, materiallar, yuyucu vasitələr istehsal edən yeganə müəssisədir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm