Əmək haqları və pensiyaların dollara nisbətən dəyəri azalacaq? - Açıqlama
Bizi izləyin

Digər

Əmək haqları və pensiyaların dollara nisbətən dəyəri azalacaq? - Açıqlama

Mərkəzi Bankın məzənnə siyasətində valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərarı manatın dollar və avro qarşısında ucuzlaşmasını şərtləndirib.

Publika.az-a açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, manatın məzənnəsinin aşağı düşməsi müəyyən qədər ixracın stimullaşdırılmasına və dövlət büdcəsinə daha çox gəlirin daxil olmasına səbəb ola bilər.

Onun sözlərinə görə, bunun təhlükəli sosial tərəfləri də var. Bu da əmək haqları və pensiyaların dollara nisbətən dəyərinin azalması ilə bağlıdır: ”Əgər manatın yumşaq devolvasiyası həyata keçirilərsə, Mərkəzi Bank bu il üçün müəyyənləşdirdiyi inflyasiya hədəflərinə nail ola bilməyəcək. Azərbaycanda uzunmüddətli inflyasiyanın baş verəcəyi qaçılmazdır. Əgər 2015-ci ildə 2 faizlik inflyasiya proqnozlaşdırılırdısa, bu prosesdən sonra inflyasiyanın səviyyəsi 7 faizə qədər yüksələ bilər. Manatın devolvasiyası digər sahələrdə də qiymət artımına səbəb olacaq. Bunlara baxmayaraq, MB məzənnə siiyasətini davam etdirir. Buna görə də devolvasiyanın davam edib-etməyəcəyi məlum deyil”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm