Messi pizzadan imtina etdi, arıqladı, qol vurdu
Bizi izləyin

Digər

Messi pizzadan imtina etdi, arıqladı, qol vurdu

İspaniyanın “Barselona” klubunun argentinalı legioneri Lionel Messi 2015-ci il girəndən 3,5 kilo arıqlayıb. İspan mətbuatının yazdığına görə, futbolçunun son vaxtlar qazandığı uğurlar da bununla əlaqədardır.

Publika.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, italiya mətbəxinin vurğunu olan futbolçu nə qədər çətin olsa da, rasionundan pizzanı çıxa bilib.

Qeyd edək ki, Messi İspaniya Çempionatında son 11 oyunda 17 qol vurub. Onun rəqibi sayılan Kriştiano Ronaldo isə cəmi 4 qol vura bilib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm