• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Yunanıstan böhranında günahkar kimdir? - MÜƏMMA

  • Digər
  • 3 İyul 2015 01:12
  • 474 Baxış
Yunanıstan böhranında günahkar kimdir? - MÜƏMMA

Dünya Yunanıstanın düşdüyü borc böhranında kimin məsuliyyət daşıdığını axtarır.

Publika.az xəbər verir ki, Avro Bölgəsinin maliyyə nazirləri texniki defolt olan ölkənin dosyesinə yenidən baxmağa hazırlaşırlar. Ən maraqlısı da odur ki, tərəflər böhrandakı məsuliyyətlərini bir-birlərinin üzərinə atırlar. Hansı ki, mütəxəssislər bunu təhlükəli hesab edirlər: “Xüsusilə almanlar Yunanıstanın borclarını bağladılar. Onların vergi mükəlləfiyyətçiləri hər kəsin borcunu ödəməkdən bezib”.

Qeyd edək ki, iyunun 30-da Yunanıstan Beynəlxalq Valyuta Fonduna 1,5 milyard avro taksid ödəməli idi. Lakin bu ödənişi reallaşdıra bilmədi. Rəylərə görə, Yunanıstanı iyulda daha çətin vəziyyət gözləyir. Afina Avropa Mərkəz Bankına 3,5 milyard, vədəsi tamam olan dövlət istiqrazları üçün yunan banklarına 3 milyard, yenə də Beynəlxalq Valyuta Fonduna 452 milyon avro borc ödəməlidir.

Məlumat üçün bildirək ki, defolt müflisləşmə borclunun qarşı tərəf qarşısında borc öhdəliklərin yerinə yetirmək imkanını itirmək deməkdir. Yəni söhbət borc öhdəliklərinin ya əsas hissəsinin, ya da onun faizlərini, yaxud istiqraz şərtlərini ödəyə bilməməkdən gedir. Müflisləşmə ayrı-ayrı şirkətlərə, fiziki şəxslərə, dövlətlərə aid ola bilər.

Defoltun iki növü var. Sadə defolt – müflisləşmək, ikincisi, texniki defolt. Texniki defolt borcların ödənməməsi şəraitində baş verir. Gələcək vəziyyət defoltun baş vermə səbəblərinin araşdırılması zamanı ortaya çıxan nəticələrdən asılı olur. Lakin təcrübə göstərir ki, texniki defoltlar adətən borcalanların müflisləşməsi ilə nəticələnir. Yaxın tarixdə 1998-ci ildə Rusiyada texniki defolt (Rusiya kreditorlar qarşısında öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdı) baş verib. O dövrdə rublun məzənnəsi dollar qarşısında sürətlə dəyərdən düşmüşdü, şirkətlərin çoxu müflis olmuşdu.

Nəzərə çatdıraq ki, bir çox hallarda defolt siyasi böhrana gətirib çıxarır. Makroiqtisadi sahədə inflyasiya yüksəlir, devalvasiya baş verir. Çox zaman denominasiyaya da gedilir. Ölkə investorlar arasında iqtisadi baxımdan güvənliyini itirir.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR