Su pəriləri haqda həqiqət ÜZƏ ÇIXDI: sən demə... - FOTO
Bizi izləyin

Paranormal

Su pəriləri haqda həqiqət ÜZƏ ÇIXDI: sən demə... - FOTO

Sizcə su pərisinin qızartması daha dadlı olar, yoxsa şorbası? Maraqlıdır, görəsən bu iki tamamilə fərqli canlını birləşdirmək fikri ilk dəfə kimin ağlına gəlib? Həqiqətənmi tarixdə su pəriləri adlı canlı yaşayıb, yoxsa bu xalq nağıllarının xəyali personajıdır?

Publika.az bütün bu sualların cavabını araşdırmağa çalışacaq.

Yer kürəsinin böyük hissəsinin səthi su ilə örtülü olduğu üçün qədim əfasənər və nağılların baş qəhrəmanları sudan peyda olurlar. Bu siyahının başında gözəllik ilahəsi Afrodita durur. Əfsanələrə görə, Afrodita dəniz köpüyündən yaranmışdı. Antik ədəbiyyatda dəniz gözəlləri haqda sonsuz sayda əsərlər yazılırdı. Bəzi ədəbiyyatlarda onların adları tritonlar, undinalar, meluzinalar və s. kimi qeyd olunsa da, daha çox su pərisi adlandırılırlar.

Bəs real həyatda belə canlılar mövcüd olublarmı?

Xristofor Kolumb öz yazılarında Cənubi Afrika və Qvineya sahillərində buna bənzər heyvanlara rast gəldiyini qeyd edirdi. Bəlkə də elə bu heyvanlar su pərisi adlı əfsanəvi personajın yaranmasına səbəb olub. Lamantin və dyüqon adlanan bu canlılar zoologiyada su pəriləri sinifinə aid edilir. Onlar əllərinin olması və üz cizgilərinə görə insanı xatırladadırlar. Lakin böyük ehtimalla bu yanaşma tərzi də yanlışdır. Çünki bu əfsanələrin yarandığı ərazilər olan Britaniya adaları və Skandinaviyada həmin heyvanlar yaşamayıb.

Bir çox slavyan miflərində isə ölmüş insanların ruhlarının su pərilərinə keçdiyi iddia olunur.

Su pəriləri ilə bağlı ən qəribə hadisə 1830-cu ilə Şotlandiya sahillərinin birində baş verib. İngilis folklorşünası Aleksandr Karmaykl bu hadisənin canlı şahidi olan, yerli əhalidən belə bir əhvalat eşitmişdi. Belə ki, kəndin kişiləri dəniz yosunları kəsərkən qadınabənzər bir canlının onlara baxdığını sezirlər. Nə qədər çalışsalar da, onu yaxalaya bilmirlər. Uşaqların atdığı daş həmin canlının belinə dəyir və üzüb suyun altında gizlənir. Bir neçə gündən sonra sahildən həmin pərinin cəsədi tapılır. Karmaykl qeydlərində bu canlının vücudunu belə xarakterizə edir: “Onun yuxarı hissəsi 3 yaşında uşağı xatırladan qeyri-adi döşlü qadın bədəni idi. Saçları uzun, ağ dərisi isə zərif və yumşaq idi. Bədəninin aşağı hissəsi pulcuqsuz balıq idi. Deyilənə görə bu pərinin qəbri hələ də, həmin ərazidə qorunub-saxlanılır.

Digər bir rəvayətə görə isə, 1600-cü ildə Hollandiya sahillərindən birində Su pərisi tapılır. Hətta ona holland dili də öyrədilir. O, məişət işlərində öz sahiblərinə kömək etməyə başlayır. Bir müddət sonra isə ölür.

Bənzər hadisə Hindistan da, baş vermişdi. Sahildən 2 yaşlı uşağı xatırladan su pərisi tapılmışdı. İnsanabənzər gözü, qulağı var idi. Daha sonra hindlilər bu pəriyə oxşayan müqəvvalar düzəldib, ona sitayış edirdilər.

Ən son su pərisi isə 2009-cu ildə İsraildə peyda olmuşdu. Balıq quyruqlu bu canlı insan siması ilə onu görənləri şoka salmışdı. Dənizin səthində bir neçə maraqlı hərəkətlər edib, suya qərq omuşdu

Bu mifoloji personajın varlığına hələ də inanmırsınız?

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm