Paranormal
"İsti Yupiter" fəlakətli hadisədən gözlənilmədən SAĞ QALDI
Yerdən 520 işıq ili uzaqlıqda olan Yupiterə bənzəyən planet, orbitində dolanan ulduzun məruz qaldığı fəlakətli hadisədən gözlənilmədən sağ qalıb.
Publika.az xəbər verir ki, bu8 barədə CNN yazır.
Qaz planeti "8 UMi b" kimi tanınır və 2015-ci ildə Koreya astronomları tərəfindən ilk kəşfindən sonra Halla adlandırılıb. Müqəddəs yer hesab edilən Halla Cənubi Koreyanın ən hündür dağıdır.
Günəşdənkənar planet (ekzoplanet) Kiçik Ursa bürcündə yerləşən Baekdu adlı Günəşimizdən daha böyük nəhəng ulduzun ətrafında fırlanır.
Halla, "Baekdu" orbitində Yerlə Günəş arasında ikiqat məsafədədir. Halla "isti Yupiter" hesab olunur. "Nature" jurnalında çərşənbə günü dərc edilən araşdırmaya görə, astronomlar Hallanın ulduzunun ətrafındakı bütün planetləri məhv etməli olan şiddətli keçid dövründən sonra birtəhər sağ qaldığına inanırlar.
Müşahidələr NASA-nın yaxınlıqdakı ulduzları tədqiq edən "Transiting Exopanet Survey" peyki vasitəsilə aparılıb. Komanda, "Baekdu"nun nüvəsindəki helium ehtiyatları ilə yandığını aydın şəkildə görüb. Artıq hidrogenini tükəndirib. Bu kəşf astronomlara ulduzun bir dəfə qırmızı nəhəng ulduz fazasından keçdiyini göstərib.
Hüseyn İbadlı
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































