Pentaqondan UNO-larla bağlı SENSASİYALI AÇIQLAMA: “Onları idarə edənlər əslində...”
Bizi izləyin

Paranormal

Pentaqondan UNO-larla bağlı SENSASİYALI AÇIQLAMA: “Onları idarə edənlər əslində...”

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) uçan naməlum obyektləri (UNO) araşdıran xüsusi proqramın ortaya çıxmasından sonra yeni açıqlama verib.

Publika.az xəbər verir ki, proqramın direktoru Luiz Elizondo UNO-ların var olduğuna dair heç şübhə olmadığını bildirib.

Amerika və İngiltərə mediasına açıqlama verən Pentaqon nümayəndəsi yadplanetlilərin insanlığın sahib olduğundan çox daha yüksək səviyyəli texnologiya istifadə etdiyini, uçan boşqabların motorla işləmədiyini və onların varlığına dair iddiaların şübhə mərhələsindən keçdiyini deyib.

O, UNO-ların gətirə biləcəyi potensial təhlükə qarşısında dünya ölkələrinin hazır olmasının əhəmiyyətini vurğulayıb.

“UNO-ları idarə edənlər insan deyil - bu dəqiqdir. Onlar daha çox coğrafi baxımdan isti bölgələrdə görünürlər. Ancaq onlara nüvə təsisləri və enerji stansiyalarının ətrafında da rast gəlinir. Onların üzə çıxmasında ortaq ünsürlər mövcuddur.

UNO-ların üst səviyyəli manevr qabiliyyəti var. Səs partlayışı olmadan səsdən daha sürətli şəkildə hərəkət edə bilirlər. Ancaq onlar heç vaxt insanlara düşmən münasibət sərgiləməyib”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm