Qadın
Azərbaycanlı məmur qızı yeni kolleksiyasını təqdim etdi - FOTOLAR
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun modelyer qızı Kəmalə İbrahimova yeni kolleksiyasının təqdimatını keçirib.
Publika.Az “buro247.az” saytına istinadən xəbər verir ki, moda sənayesinin incəliklərinə bələd olan Kəmalə 3 il öncə yeni və gənc istedadların inkişaf etməsi məqsədilə öz butikini açıb. Butikdə Türkiyədən, Rusiyadan, İngiltərədən, Gürcüstandan və əlbəttə ki, Azərbaycandan olan dizaynerlərə üstünlük verilir. Onun öz geyim brendini yaratmaq arzusu isə çoxdan var.
Martın 6-da isə gənc modelyer ilk “DECAMIE” kolleksiyasının təqdimatını keçirib. Kolleksiya 15 ziyafət geyimindən ibarətdir. Niyə məhz ziyafət geyimləri sualına isə Kəmalə özünəməxsus tərzdə cavab verir: "Doğru" ziyafət geyimlərini tapmaq elə də asan deyil".
Haute Couture kolleksiyasının hər bir geyimi gözəldir. Bantla bəzədilmiş uzun tafta geyim sahibəsinə zəriflik bəxş edəcək. Qara gipür geyim isə minimalizmi ilə seçilir. Kolleksiyada kokteyl geyimləri də var. Bütün libaslar əl işidir və Azərbaycanda hazırlanıb.
Kolleksiya əsasən, qara rəng qammasındadır. Bu rəng bütün zamanların klassikası hesab olunur və Kəmalənin sevimli rəngidir. Lakin hər bir müştəriyə geyimin rəng çalarını seçmək imkanı verilir.
Qeyd edək ki, Türkiyənin tanınmış aktrisası Sinem Kobal, stilist Anar və başqaları gecənin qonağı qismində istirak ediblər.
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ