Məşhurların çoxu dərisinin gözəlliyini hansı meyvəyə borcludur?
Bizi izləyin

Qadın

Məşhurların çoxu dərisinin gözəlliyini hansı meyvəyə borcludur?

Qreyfrut (1 ədəd 50 kalori)

Ana vətəni Çin və Hindistandır. Ancaq hazırda bir çox ölkələrdə yetişdirilir. Qreyfrut şirniyyat istəyini öldürür və onu əvəzləyir. Lakin dərman istifadə edən insanlar qreyfrutdan uzaq durmalıdır. Çünki zəhərlənməyə səbəb ola, hətta ölümlə nəticələnə bilər. Soyuqdəyməni aradan qaldırır. Həzm sistemini yaxşılaşdırır. Diş ətlərinin qanamasını azaldır. Qan dövranını sürətləndirir. Mədə xərçənginə tutulma riskini azaldır. Təzyiqi normaya salır.

Qarpız (100 qr 30 kalori)

İsti havalarda itirdiyiniz su və mineralları qarpız yeyərək geri qaytara bilərsiniz. Həm sərinləşdiricidir, həm də toxluq hissi verir. Lakin yanında pendir yesəniz, arıqlamağa ümid etməyin. Bundan başqa pendir şirniyyat hissini öldürməyə qoymur.

Böyrəkləri təmizləyir. Astma, damarların tutulması, diabet, xərçəng və duz yığılması kimi xəstəliklərin öhdəsindən gəlməyə kömək edir. Ən əsası, qarpız antioksidantlarla doludur. Həzm sistemini gücləndirir.

Yemiş (100 qr 26 kalori)

Yemişin 95 faizini su təşkil edir. A, B 1, C vitaminləri, meyvə şəkəri, sellüloz, azotlu və yağlı maddələr də var. Yemiş dərini təzələyir, ona təravət bəxş edir və onu gözəlləşdirir. Adı estetik tarixinə keçən məşhurların və artistlərin bir çoxu dərilərinin gözəlliyini və təravətini məhz yemişə borclu olduğunu söyləyirlər.

Yemiş qanı təmizləyir, antioksidant özəlliyi var. Yuxusuzluğu aradan qaldırır və əsəbləri sakitləşdirir. Bağırsaq və dəri xərçənginə qarşı Amerika Xərçəng İnstitutu tərəfindən tövsiyə edilib.

Ərik (1 ədəd 15 kalori)

Ərik meyvəsini yeməkdən sonra yesəniz, həm həzmi rahatlaşdırar, həm də şirniyyat ehtiyacını azaldar. Qan azlığını aradan qaldırır. Gözəl dəri və saç üçün müsbət tərəfləri var. Xüsusən də ağciyər xərçənginin qarşısını alır. Sümük əriməsinin qarşısını alır. Sinirləri sakitləşdirib yuxu gətirir. Qəbzlik probleminə də faydalıdır. Səhərlər ac qarına quru ərik yesəniz, dəriyə təravət bəxş edərsiniz.

Albalı (100 qr 70 kalori)

Möcüzəli meyvə olan albalının faydalarını saymaqla bitmir. Araşdırmalara görə, 20 ədəd albalı yesəniz, bu 1 aspirinə bərabərdir. Güclü ağrıkəsicidir. 20 ədəd albalıda 12-25 milliqram antioksidant maddəsi var və bu maddənin ağr kəsici təsiri aspirindən 10 qat daha çoxdur. Xolestrolu və qan şəkərini normaya salır. Albalının tərkibindəki flavanoidlər bədəndəki zəhəri təmziləyir. Qəbzliyi aradan qaldırır. Nikotinin vücuddan atılmasına yardım edir. Böyrəklərdə daş və qum əmələ gəlməsinin qarşısını alır. Həmçinin üzdə olan sızanaqlarının sağalmasına kömək edir.

Şaftalı (1 ədəd 46 kalori)

Şaftalının ən önəmli özəlliyi məxmər toxumasıdır. Bu toxumadan xoşu gəlməyənlər tüksüz şaftalı növündən istifadə edə bilərlər. B və C vitaminləri ilə olduqca zəngindir. Təzə şaftalıdan əlavə, şaftalı kompotu, meyvə suyu və mürəbbə kimi yemək olar. Çiçəkləri qaynadıb suyu içildiyi zaman bağırsaq soxulcanlarını öldürür. Şaftalı soyulub əzildikdən sonra üzə maska kimi çəkmək olar. Bu maska quru və yorğun dərini gözəlləşdirir. Şaftalı həzmi asanlaşdırır, böyrəklərin və sidik kisəsinin normal fəaliyyətini təmin edir.

Qarağat (100 qram 63 kalori)

Şirniyyat istəyini azaldır. Güclü antioksdantadır. Görmə qabiliyyətini artırır.

Tut (100 qram 90 kalori)

Tutun faydalarını saymaqla bitmir. Tutun özü kimi yarpaqları da faydalıdır. Onları qaynadıb içə bilərsiniz. Tutun tərkibində xərçəng xəstəliyinin yaranmasının qarşısını alan maddə var. Şirniyyat istəyini azaltdığı kimi dərinin qırışmasının da qarşısını alır.

Çiyələk (100 qram 30 kalori)

Çiyələk həm şirniyyat arzusunu azaldır, həm də şəkəri çox olmayan bir meyvədir. Çiyələyin tərkibində bol miqdarda dəmir və fosfor var. Stresi azaldır, sakitləşdirir, siqaret tüstüsünün təsirini azaldır. Virusları məhv edib, ağız yaralarını sağaldır. Ödündə problemi olanlara yaxşı təsir göstərir. Yüksək hərarəti aşağı salır. Dişlərə və diş ətinə yaxşı təsir göstərir. Dəriyə təravət bəxş edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm